Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Yoldaşım dedi: Əxlaqına bələdəm..." - Hüseynbala Mirələmov məlum hadisədən danışdı

Azərbaycan Neft Akademiyasının online toplantısındakı əxlaqsız hərəkəti ilə yaddaşlarda qalan, hətta bütün dünyada tanınan keçmiş millət vəkili Hüseynbala Mirələmov 76 yaşını qeyd edib. Bu münasibətlə anews.az-a müsahibə verən Mirələmov məlum hadisə barədə də danışıb. 

PİA.az müsahibənin həmin hissəsini təqdim edir: 

– Məlum video ilə gündəm oldunuz. Bizdə olan məlumata görə rektorla aranızda olan soyuq münasibətin nəticəsi olaraq həmin görüntülər 3 ay sonra yayıldı. Araşdırdınızmı həmin videogörüntüləri kim yayıb?

– Rektorla bizim universitetdən çıxan günə qədər çox isti münasibətlərimiz olub. Qarşılıqlı hörmət olub. Mənim üçün də təəccüblü oldu ki, video necə yayılıb. Araşdırmadım da bunu kim edib. Mənim üçün onun kim tərəfindən edilməsi əhəmiyyətli deyil. Bilirəm ki, Allah tərəfindən cəzasını alacaq. Onu deyə bilərəm ki, rektorla çox böyük incikliyim yarandı. Hadisəni eşidən kimi ərizəmi yazıb göndərdim. Bildirdim ki, ərizəmə qol çəksin. Düşündüm artıq orda işləyə bilmərəm.

– Niyə ərizə yazdınız ki?

– Qısa deyim ki, incidim. Səbələrini demək istəmirəm. Biz bir-birimizə qardaş, dost deyirdik. Heç olmasa ərizəmi alanda protokol xatirinə zəng edib təəssüf hissini bildirə bilərdi. Ən azı deyə bilərdi ki, kaş belə olmazdı. Reaksiyasız qaldı. Bu da məndə küskünlük yaratdı. İlk dəfədir danışıram bu haqda. Bilmirəm kim etdi bunu? Ən azı telefonla zəng edə bilərdi.

– Həmin video haqqında nə deyə bilərsiz? Keçmiş deputat yoldaşlarınız sizi qınadı. Buna münasibətiniz?

– Gəlin bu haqda heç danışmayaq. Kim tənqid edibsə özü bilər, öz işləridir. Bunu deyə bilərəm ki, mən qınanmalı idim, haqlı olaraq qınanmalı idim. Özümə haqq qazandırmıram. Amma məni kim qınamalı idi? Məni mənəvi haqqı olanlar qınamalı idi. Əksinə məni elə adamlar qınadı ki, onların heç mənəvi haqqı yox idi məni qınamağa.

– İndi nə ilə məşğulsuz?

– Yaradıcılıqla məşğulam. 4 min manata yaxın təqaüd alıram. Mənə artıqlaması ilə bəs edir. Dövlətimizdən, prezidentimizdən çox razıyam. Bu yaxınlarda “Erməni şərəfsizliyi” adlı kitabım çıxıb. 10 ildir bu kitabın yazılması üçün araşdırmalar aparırdım. Osmanlı imperiyası dövründən bu günə qədər terror təşkilatları barədə araşdırmalar etmişəm.

– Əsərlərinizdə yaşlı kişilərin gənc qızlara olan sevgisindən yazırsız. Niyə bu mövzu Sizə maraqlı gəlir?

– Məhəbbətin yaşı olmur. Bu, nə vəzifəyə, nə yaşa, nə pula baxmır. Sevgi bir hissdir. Yazıçının fantaziyası lmasa yaza bilməz. Çox çətin bir peşədir. Yazıçılar yazmaqdan çox oxumalıdırlar. Gənc yazıçılara məsləhətim budur çox oxusunlar. İnsanları yalnız sevgi və məhəbbətlə dəyişmək olar.

– Əlinizdə ürək formasında döymə gördüm. Bunun tarixçəsi var?

– Əsgərliyə gedəndə nişanlım var di. Onun adına döymədir. Qayıtdıqdan sonra evləndik. Artıq balalarımız nəvələrimiz var. 50 ildir məni tanıyır. Məlum videoya da münasibəti neytral oldu. Əqidəmi, vicdanımı əxlaqımı yaxşı bilir. Rəhbər vəzifələrdə işləmişəm. Minlərlə qadın işçim olub. Qaz emalı zavodunun qadınları həmin video ilə bağlı saytların birinə böyük bir məktub ünvanladılar. Hər insanın həyatında kiçik qüsurlar olur. Mənim yoldaşım mənə dedi darıxma olan işdir. Sənin əxlaqına bələdəm. Lənət şeytana deyib mövzunu bağladıq. Ailəmdə hər şey qaydasındadır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ən çox oxunanalar